YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şəki rayonunun Aşağı Küngüt, Aydınbulaq, Əlyar kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, təşviqat qrupunun üzvləri Nazim Vəliyev, Ərəstun Məmmədov, Nəriman Səmədov, Şahid İsmayılov çıxış ediblər.

Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin ölkəmiz üçün çox əlamətdar bir hadisə olduğu vurğulanıb. Bildirilib ki, bu seçki  müstəqillik tariximizdə bütöv Azərbaycanda keçiriləcək ilk seçki olacaq. Bu tarixi anların birbaşa şahidi olan Azərbaycan vətəndaşları xoşbəxt nəslin nümayəndələridir.

Təşviqat qrupunun üzvləri seçiciləri bu həmrəyliyin banisi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Çıxış edən seçicilər həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi – qalib Lider İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.