YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın tarixi arzusunu reallaşdıran Lider

Yasamal rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  Yasamal rayonu “Mətbuat prospekti 539-cu məhəllə, bina 18/7” və “Zahid Xəlilov küçəsi.26”  ünvanlarında yaşayan seçicilərlə  görüş keçirilib.

Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün tarixə nəzər salanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçilən yüksəliş yolunun nə qədər möhtəşəm və qürurverici olduğunu görürük. Azərbaycanı inkişaf yoluna çıxaran dölət başçısı İlham Əliyev özünün uzaqgörən, qətiyyətli və müdrik siyasəti ilə həm də xalqımızın tarixi arzusunu reallaşdıraraq, torpaqlarımızın işğaldan azad olunmasını və suverenliyimizi tam təmin edib.

Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verilməsi istiqamətində çağırış edib.

Çıxış edən seçicilər də Prezident İlham Əliyevin uğurlu və qalibiyyətli fəaliyyətindən söz açaraq fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.