YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanlarda mübarizlik ruhunu yüksəldən Lider

Yenilməz xalqın hər bir nümayəndəsi kimi astaralılar da cənab İlham Əliyevi dəstəkləyəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Astara rayonu Kijəbə qəsəbəsindən seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və təşviqat qrupunun üzvüləri Vüqar Abbasov və Əbülfət Əliyev çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, Azərbaycan xalqı 20 il öncə cənab İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Cənab İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Qeyd olunub ki, həqiqətən də, bu Qələbə tək Azərbaycanda, regionda deyil, bütövlükdə dünyada əks-səda doğurdu. Bu qələbə separatizmdən, ərazisinin işğal olunmasından əziyyət çəkən xalqlarda, dövlətlərdə ümid yaratdı, insanlarda mübarizə ruhunu yüksəltdi.

Natiqlər seçicilərə budəfəki seçkilərdə də aktiv olmağı və bizləri qalib xalqa, Azərbaycanı Qafqazın lider dövlətinə çevirən cənab İlham Əliyevə səs verməyi çağırıblar.

Seçicilər də çıxışlarında diqqətə çatdırıblar ki, ərazi bütövlüyü və suverenliyi təmin olunan Azərbaycanın məğrur, yenilməz xalqının hər bir nümayəndəsi kimi astaralılar da cənab İlham Əliyevi dəstəkləyəcəklər.