YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər reallığa çevrildi

Masallı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Masallı rayonunun Bədəlan inzibati ərazi vahidinə daxil olan Aşurlu, Çayqıraq, Dəmirçi, Təzə Alvadı inzibati ərazi vahidinə daxil olan Əhmədli, Meşəkənarı və Köhnə Alvadı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupunun üzvləri Hikmət Xəlilov, Aytən Şükürova, Qardaş Fətullayev, Rövşən Muxtarov, seçicilərdən Rəfiqə Cavadova, Soltanağa Qulamov, Həsən Cəfərov, Vasif Əliyev, Yavər Yusubov, Allahşükür Kərimov, Ədalət Nemətov, Sevinc Quliyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uzaqgörən siyasətin real nəticəsidir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı. 44 gün davam edən şanlı müharibə Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi və şanlı Ordumuzun gücü nəticəsində qələbə ilə sona çatdı.

Natiqlər qarşıdan gələn prezident seçkilərinin cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirildiyini söyləyib, seçiciləri qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlərdə çıxış edən seçicilər isə artıq seçimlərini etdiklərini, fevralın 7-də seçki məntəqələrinə gedərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.