YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycanın firavanlığı naminə

Xocavəndlilərlə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Xocavənd rayonundan olan şəhid ailələri ziyarət edilib.

YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov Xocavənd rayonundan olan şəhidlər Elzamin Tağıyevin və Tural Abdullayevin ailələri ilə görüşdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Şəhid ailələrinin  üzvləri çıxışları zamanı şəhid ailələrinə göstərilən  diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Qeyd olunub ki, dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir, biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk.  Şəhid ailələrinin üzvləri cənab İlham Əliyevin müstəqil Azərbaycanın firavanlığı naminə apardığı siyasətə dəstək ifadə edərək 7 fevral seçkilərində  qalib Liderimizə səs verəcəklərini vurğulayıblar.