YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tovuzluların seçimi İlham Əliyevdir”

Tovuz rayonunda seçicilərlə növbəti görüş Yuxarı Öysüzlü kəndində keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Tovuz rayon Yuxarı Öysüzlü kənd stadionunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri Məzahir Bayramov və Nazim İbarahimov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dövlət başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Qələbəni şərtləndirən mühüm amillərdən biri də cənab Prezidentin diplomatiya müstəvisində çevik siyasəti idi.

Prezident İlham Əliyevin siyasətinin nəticələrindən danışan natiqlər qeyd ediblər ki, ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub.

Təşviqat qrupunun üzvləri dövlət başçısının rəhbərliyi ilə 2003-2023-cü illərdə ölkəmizin qazandığı möhtəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədi, cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər çıxış edərək cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər.