YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvanlılar yeni dövrə İlhamla addımlayacaq

Naxçıvan şəhərinin Tumbul kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Naxçıvan şəhərinin Tumbul kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri Nazim Bayramov, Ramil Orucəliyev, Rauf Əliyev və Canpolad Rüstəmov çıxış ediblər.

Qeyd olunub ki, ölkəmizin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası xalq tərəfindən “Zəfər seçkisi” adlandırılan seçkilərdə öz lideri cənab İlham Əliyevin namizədliyi və “Qalib xalqın qalib Lideri!” şüarı ilə iştirak edir. Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətdən və əldə olunan nailiyyətlərdən ətraflı bəhs olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq aləmdə sayılıb-seçilən, özünəməxsus mühüm yeri olan, beynəlxalq proseslərdə fəal aktor dövlətə çevirib. Ölkəmiz bir tərəfdən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, digər tərəfdən BMT, Qoşulmama Hərəkatı və s. beynəlxalq təşkilatlarda aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan daxili dayanıqlı ictimai-siyasi sabitliyə, milli həmrəyliyə və multikultural dəyərlərə görə bütün dünyada unikal dövlət kimi tanınır.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də mütəşəkkil formada öz səsvermə hüquqlarından istifadə edərək dövlətçilik və siyasi idarəçilik məharəti ilə dünyada tanınmış cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.