YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leriklilər Heydər Əliyev yolunun layiqli davamçısına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Lerik şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşkilatın sədr müavini Elnur Məmmədov, təşviqat qrupunun üzvləri Veysəl Məlikov, Elxan Əliyev çıxış ediblər.

Çıxış edənlər ötən illər ərzində ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində atılan addımlardan danışaraq bildiriblər ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf baxımından dünya dövlətləri arasında ön sıralara sahib olub.

Görüşün sonunda daha güclü Azərbaycan naminə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevi dəstəkləməyə çağırış edilib.