YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün yeni hədəfləri

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Yanvarın 10-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın müasir inkişaf tarixinin son 20 illik dövrünün tamamlanmasının müfəssəl tarixi incəliklərlə izahıdır. Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq televiziya kanallarına verdiyi müsahibələrdə gedişatını təxmin edə bilmədiyimiz proseslərin ən dərin təhlilini verir.

Həm daxili, həmdə xarici auditoriya üçün Azərbaycanın reallıqlarının sadə və anlaşılan şəkildə ölkənin rəhbəri tərəfindən tam dolğun çatdırılması yalnız Prezident İlham Əliyevin fərqli lider portretini səciyyələndirən xüsusiyyətlərindən biridir.

 “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək” deyən Prezident İlham Əliyev daxili və xarici siyasətlə bağlı çoxsaylı çağırışlar qarşısında dövlətimizin hansı inkişaf yolu ilə yüksəlişə doğru irəliləcəyinə istiqamət vermiş oldu.

Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunana qədərki dövrdə əsas milli hədəfimiz torpaqlarımızın işğaldan azad edilməsi idi. Xalqı dövlətin əsas sosial dayağı kimi görən Prezident İlham Əliyev dövlət siyasətinin sosial sifarişlər əsasında formalaşdığını nümayiş etdirərək cəmiyyəti ölkəmizin yeni inkişaf dövründə yeni hədəflərinin müəyyənləşməsində fəal şəkildə iştirak etməyə çağırdı. 

Prezident İlham Əliyev tərəfindən sonuncu müsahibədə səsləndirilən bütün fikirlər bizə son 20 illik dövrün xronikası ilə bağlı yaddaşımızı təzələməyə və eyni zamanda gələcəyə baxış hədəflərimizi müəyyənləşdirməyə təşviq edir.