YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firavan gələcək naminə...

Xocalı seçiciləri görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xocalı rayonundan olan keçmiş məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində seçicilərlə görüş keçirilib.

YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvləri Camal Rzaquliyev və Mətanət Zamanova çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki,   Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ötən 20 ildə ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli Azərbaycan Ordu formalaşdıraraq xalqımıza Zəfər sevincini bəxş edib.

Natiqlər seçiciləri fəal olmağa, səsvermə günü qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə iştirak edən seçicilər ölkəmizin sağlam gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.