YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə yalnız qalib Liderimizin siyasəti nəticəsində nail ola bilərik

Suraxanı rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Suraxanı rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Sevinc Fətəliyeva, şəhid ailələrinin üzvləri Saray Quliyeva, Mürvət Əsgərov, Vətən Müharibəsi qaziləri Rafiq Rəhimli və Elnur Əkbərov, şəhid atası Əli Qasımov, Birinci Qarabağ müharibəsi qazisi Fikrət Tağıyev çıxış ediblər.

Çıxışlarda  bildirilib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyi dayanır. Cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Natiqlər görüş iştirakçılarını seçkilərdə iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qeyd ediblər ki, dövlətimizin hələ qarşıda böyük hədəfləri var. “Bu hədəflərə bizi yalnız cənab İlham Əliyevin çatdıracağına əminik” ,- deyə bildirilib.