YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Əziz Şuşanın xilaskarına səs verəcəyik”

Şuşalı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sabunçu rayonunda Şuşadan olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, şəhid Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, müharibə veteranı Əlirza Hacıyev və təşviqat qrupunun üzvü Ağalar Əliyev çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirib. Prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə ölkə həyatının, cəmiyyətin müxtəlif sahələrində saysız-hesabsız yeniliklərə imza atıb. Bu yeniliklər siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada, sosial sahədə, elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə, idmanda, ailə dəyərlərinin qorunmasında, bir sözlə, bütün sahələrdə özünü büruzə verib, inkişafa yol açıb, Azərbaycanı çiçəkləndirib, dünyanın qüdrətli, sayılıb-seçilən dövlətlərindən birinə çevirib.

Seçicilər  bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir.  “Əziz Şuşanın xilaskarına səs verəcəyik” ,- deyə əminliklə ifadə olunub.

Görüş Yeni Azərbaycan Partiyasının  Himninin səsləndirilməsi ilə başa çatıb.