YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderimiz Azərbaycana yeni uğurlar qazandıracaq

Binəqədi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Aslan Mehdiyev, Almaz Hacıyeva və Bəhram Şiriyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və misli görünməmiş nailiyyətlərə imza atır. Bildirilib ki, dövlət başçısının daxili və xarici siyasəti gələcək uğurlarımız üçün əsl mayak rolunu oynayır. Bu strategiya dövlətimizin təkcə bu günü deyil, gələcək nailiyyətləri üçün də əvəzsiz töhfədir.

Çıxış edən seçicilər isə ölkəmizi firavan gələcəyə aparan Prezident İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Əminlik ifadə olunub ki, qalib Liderimiz Azərbaycana yeni uğurlar qazandıracaq.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.