YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazanacaq

Bərdə rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Bərdə rayonunda günün birinci yarısında YAP rayon təşkilatının qərargahında şəhid ailələri, qazi və müharibə iştirakçıları, ziyalılar və ağsaqqal seçicilərlə, günün ikinci yarısında isə Böyük Göyüşlü kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, təşviqat qrupunun üzvü Qasım Hacıyev, şəhid  anası İsbət Hətəmova, şəhid anası Mehparə Qəribova, müharibə veteranları Gəray Əsədov, Rzaqulu Şərifov, Aqşin Hacızadə, Rizvan Qasımov, Tofiq İsmayılov və Fuad Cavadov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, dövlət başçısı bütün vədlərini bir-birindən əhəmiyyətli addımları, uğurlu islahatları ilə yerinə yetirib.

Seçicilər isə cənab İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən danışaraq qarşıdan gələn seçkilərdə YAP-ın namizədinin parlaq qələbə qazanacağına əminlik ifadə ediblər.

Qeyd edək ki, görüşdən sonra Böyük Göyüşlü kəndindən Birinci Qarabağ müharibəsi şəhidi Rasim İbrahimovun ailəsi ziyarət olunub.