YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın bəzi səhmdarları öz səhmlərini İtaliyanın "Snam S.p.A." şirkətlər qrupuna satmaqda maraqlıdır

“Trans-Adriatik” (TAP) boru kəmərinin bəzi səhmdarları öz səhmlərini İtaliyanın "Snam S.p.A." şirkətlər qrupuna satmaqda maraqlıdır.

Bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində “Snam S.p.A.”nın baş icraçı direktoru Karlo Malakarne deyib. O bildirib ki, TAP-da 20 faizlik səhmin qiyməti təxminən 400 milyon dollardır və bu qiymət hazırkı bazar qiymətinə tam uyğundur.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).