YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Bəzi şəxslər ABŞ Senatında müzakirəyə çıxarılan “Dağlıq Qarabağ münaqişəsinin qurbanları”na yardım layihəsini təhrif edir

ABŞ Senatının alt komitəsində müzakirəyə çıxarılan “Dağlıq Qarabağ münaqişəsinin qurbanları”na yardım adlı layihə məsələsi son günlər bəzi şəxslər tərəfindən özünəməxsus formada təhrif edilir. Birləşmiş Ştatların qanunverici orqanı tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin qurbanları”na yardım edilməsi məsələsi uzun müddətdir ki, ABŞ tərəfi ilə müzakirə edilir və bununla əlaqədar Azərbaycanın narahatlığı və narazılığı ABŞ tərəfinə daimi olaraq çatdırılır.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

H.Hacıyev deyib: “Baxmayaraq ki, “Victims of the Nagorno-Karabakh conflict” ifadəsi mahiyyət və qrammatika baxımından münaqişənin bütün qurbanlarını, o cümlədən azərbaycanlıları əhatə edir. Azərbaycanlıların münaqişənin əsas qurbanı olmasını heç kim inkar edə bilməz. Bu maddə ilə təxsis olan vəsait əsasən humanitar mina təmizlənməsinə sərf edilir. Məhz buna görə də Ermənistan tərəfi ABŞ-da olan erməni lobbisinin bütün imkanlarını səfərbər edərək bu ifadəni “Victims in Nagorno-Karabakh” formasında dəyişdirməyə çalışır. İngilis dilində anlayışı olanlar bu fərqi yaxşı başa düşürlər. Ümumiyyətlə isə qeyd edilməlidir ki, son bir neçə ildə ABŞ Konqresi bu bənd altında hər hansı yardım ayırmayıb. Hazırda Senatın alt komitəsində 2016-cı il üzrə müzakirə olunan sənəd yalnız layihədir və bu məsələ ümumiyyətlə, Nümayəndələr Palatasının gündəliyində deyil. Layihə ilə bağlı yekun qərar hər iki palatanın müzakirəsindən sonra qəbul olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv