YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız Müzəffər Ali Baş Komandanı qətiyyətlə dəstəkləyir

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində, “Zobucuq-1”, “Zobucuq-2” qəsəbələrində, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, şəhid anası Tamella Məmmədova, təşviqat qrupunun üzvləri Almaz Həşimova, Umud Mirzəyev və Rafael Zülfiqarov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir.

Diqqətə çatdırılıb ki,  qalib xalqın qalib Prezidenti xalqın Ona olan dəstəyindən əmindir. Xalqımıza tarixi Zəfər qazandıran, Şuşada, Xankəndidə, Ağdərədə, Xocalıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda üçrəngli bayrağımızı ucaltmaqla 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqımızın sevgisi, dəstəyi hədsizdir.  Bu gün öz doğma yurd-yuvalarına qayıdan insanların gözlərindəki sevinc Ali Baş Komandana xalq məhəbbətinin təbii göstəricisidir. 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və dəmir yumruq kimi birləşərək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan naminə Qarabağı xalqımıza qaytaran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər.