YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1” fəaliyyətini genişləndirib

“Artıq 44 hökumət və dövlət orqanlarından “Elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir”. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Ə.Abbasov bildirib ki, portalın istifadəyə verilməsindən 2 il 6 ay müddətində əhali, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilib: “Portalın istifadəçilərinin sayı isə 2 mln.-dan çoxdur. Vergilər Nazirliyinin elektron imza sertifikatlar mərkəzində verilən “ASAN imza”  sistemi İslam Konfransı Təşkilatının rəhbərliyinin diqqətini cəlb etmiş və təşkilat ölkələri arasında standart elektron imza kimi istifadə olunması müzakirə olunur”.

Ə.Abbasovun sözlərinə görə, kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1”  fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalları, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir:  “Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan  “Azərkosmos” ASC-nin səmərəli fəaliyyəti  nəticəsində ötən il ixracdan 9 mln. ABŞ dolları, bu il isə 16 mln. ABŞ dolları gəlir götürülməsi planlaşdırılır və təxminən 6-8 mln. ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir.  “Azərkosmos” ASC-nin planlarına görə,  2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək.

Hesabat dövründə  Yer səthinin müşahidə peyki “Azersky”  bir neçə fransız peyki ilə qruplaşmaya daxil olmuş və artıq kommersiya fəaliyyətinə başlayıb. Hesablamalara görə, “Azərkosmos” ASC  “Azersky”  üçün kreditlərin verilməsində  dövlət maliyyə  resurslarına müraciət etməyəcək”.

Nazir əlavə edib ki, bazarda aktivlik var, özəl sektor çox fəaldır:  “Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal çərçivədə saxlanılması  üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, talantlı gənclərdən ibarət “start-up”lar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər və  “start-up" şirkətlərinin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində hesabat dövründə ardıcıl işlər görülmüş və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur”.

 

DİGƏR Xəbərlər Arxiv