YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın qəhrəmanlıq nümunələri

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Hər bir azərbaycanlı böyük qürur hissi ilə qeyd edir ki, bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və dahi şəxsiyyətimizin  siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş cənab İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi rəhbərlik edir. Müstəqil müasir Azərbaycanın qurucusu dahi Heydər Əliyevin ölkəmizin sürətli inkişafı strategiyasını zamanın tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxşaxəli islahatlar aparılmış, nəhəng layihələr reallaşdırılmış, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülmüş, regionların tarazlı inkişafı təmin olunmuş, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılmışdır. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi.

Yeni tarixi reallıqları, əldə etdiyimiz parlaq Qələbəni və bizi bu Qələbəyə aparan düzgün strategiyanı cənab Prezident bir neçə gün öncə yerli televiziya kanallarına olan müsahibəsində daha dəqiqliyi ilə ictimaiyyətin diqqətinə çatdırıb. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.

Xüsusilə vurğulamaq lazımdır ki, döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunur. 

Bu gün Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə bütün sahələr üzrə böyük inkişaf yolu keçməkdədir. Əhalinin rifah halının yaxşılaşdırılması, elm, təhsil, səhiyyə, iqtisadiyyat, eləcə də digər sferalarda əldə olunan uğurlu nəticələr mükəmməl siyasətin nəticəsidir. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Cənab Prezident müsahibə çərçivəsində qeyd etdiyi kimi “Gücümüz cəmiyyətin və xalqın birliyindədir. Xalq-iqtidar birliyi sarsılmazdır.”