YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Media qurumları və subyektləri işğaldan azad olunmuş ərazilərdə seçki prosesində fəal iştirak etməlidir

Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi və ilk dəfə ölkəmizin beynəlxalq səviyyədə tanınan bütün ərazisi çərçivəsində prezident seçkiləri keçiriləcək.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada söyləyib.

MSK sədri bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda yaradılacaq məntəqələrdə 18 yaşına çatmış vətəndaşlar öz səslərini verəcəklər. Onun sözlərinə görə, həmin ərazilərdə hələ altı ay bundan əvvəl tikintidə işləyənlər, hərbi hissələrdə xidmət keçənlər artıq qeydiyyatdadırlar.

“Media qurumları və subyektləri işğaldan azad edilmiş ərazilərdə seçki prosesində də fəal iştirak etməlidir. Bu, Seçki Məcəlləsində də öz əksini tapıb”, - Məzahir Pənahov bildirib.