YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihə həyata keçiriləcək

Alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə Prezident İlham Əliyev “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən pilot layihə Abşeron rayonu ərazisində həyata keçiriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya pilot layihənin həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etmək tapşırığı verilib.