YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Mərakeş Krallığı arasında energetika sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan ilə Mərakeş Krallığı arasında energetika sahəsində əməkdaşlığa dair sazişin təsdiq edilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanla 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərməsi tapşırılıb.