YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik tariximizin ən böyük nailiyyətləri

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Qalib ölkəmizin Qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2023-çü ilin 15 oktyabr tarixində Xankəndi şəhərində səsləndirdiyi bu fikirləri böyük zirvələrə doğru irəliləyən, qüdrətini günü-gündən daha da artıran Azərbaycan dövlətinin bugünkü yüksəlişi, inkişafı tam təsdiq edir.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yüksələn xətlə inkişaf edərək, bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları həyatımıza yeni nəfəs gətirdi.

Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, ölkəmiz artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Bu da onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Prezident İlham Əliyevin öndə gedən liderlərdən biri kimi dünyanın siyasət aləmində böyük nüfuz qazandı. Ölkə başçımız İlham Əliyev isə öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı.

Bu gün ölkə Prezidenti İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olub. Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir.

Tarixi Zəfərdən ötən 3 il sonra 2023-cü ilin 15 oktyabr tarixində üçrəngli bayrağımızın Xankəndi şəhərində ucalması heç də təsadüfi deyildi. 20 il əvvəl eyni günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin tam bərpa edilməsinin təsdiqi olmaqla yanaşı, qalib ölkəmizin uğurlarına kölgə salmağa cəhd edənlərə, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərə ən tutarlı cavab idi. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı.

Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi.

Bəli, dövlətimizin başçısı İlham Əliyev 20 il əvvəl xalqa verdiyi sözünü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qalib Prezidentimizin xalqa arxalanan siyasəti sayəsində Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrildi.

Məhz, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində Azərbaycan əməkdaşlıq və dialoq məkanı, dünyaya sülh çağırışı edən bir ölkə kimi tanınır.