YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşar Əliyev: Azərbaycan Eboladan zərər çəkmiş ölkələrə bir milyon dollar ayıracaq

Azərbaycan hökuməti Ebola epidemiyası nəticəsində zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpasına bir milyon dollar ayırmaq niyyətindədir. Bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

Yaşar Əliyev deyib: "Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib: Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".

BMT-nin iqamətgahında Eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.