YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: YAP-ın prezidentliyə namizədi partiyanın İdarə Heyətinin iclasında irəli sürüləcək

“Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının hazırlanması yekunlaşmaq üzrədir. Yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, YAP-ın VII Qurultayında qəbul olunmuş yeni Nizamnaməyə əsasən seçkilərdə namizədin irəli sürülməsi partiyanın İdarə Heyətinin səlahiyyətindədir: “Ona görə də YAP İdarə Heyətinin iclasında bu məsələyə baxılacaq. İclasın vaxtı yaxın günlərdə bəlli olacaq”.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali seçici siyahılarına daxil edilib. Həmin ərazilərdə də seçki prosesi baş tutacaq. “Uzun illər hər kəs deyirdi ki, Qarabağı kim azad etsə, o, bizim əbədi Prezidentimiz olacaq. Düşünürəm ki, cənab İlham Əliyev dövlət başçısı kimi 20 il ərzində həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə, işğal olunmuş ərazilərimizi azad etməklə bu vəzifəni, bu titulu daşımaq haqqını qazanıb. Hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. Partiyanın İdarə Heyətinin iclasında hər kəs bu məsələ ilə bağlı fikrini bildirəcək. Yeni Azərbaycan Partiyasının bu barədə fikri qətidir”,-deyə YAP Sədrinin müavini vurğulayıb.