YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Süleymanov: Avropa Parlamentində müəyyən dairələr ölkəmizə qarşı qərəzli kampaniyanı hələ də davam etdirirlər

«Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Avropa Parlamentinin prezidentinə noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməmək barədə verdiyi tövsiyə ölkəmizə qarşı qərəzdən başqa bir şey deyil». Bu fikri Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov deyib.

E.Süleymanov bildirib ki, bu tövsiyələrdə ölkəmiz haqqında olduqca mənfi qeydlər var. Onun sözlərinə görə, bu məktub Avropa Parlamentində ölkəmizə qarşı görünməmiş kampaniyanın nəticəsidir.

«Konfranslar və seminarlar, tədbirlər və müzakirələr, yüzlərlə məktub böhtanla dolu ittihamlar və sübut olunmamış iddialarla Azərbaycanın imicinə tamamilə xələl gətirmək məqsədi daşıyır. Bakıda I Avropa Oyunları Avropanın idman və müsbət əməkdaşlıq tədbiri olduğundan, görünür, bəzi AP deputatları onun imicinə kölgə salmağa çalışırdı. Biz şadıq ki, onlar buna müvəffəq olmadı və atletlərin nailiyyətləri qitə boyu qeyd edilə bildi. Amma təəsüf ki, Avropa Parlamentində müəyyən dairələr ölkəmizə qarşı qərəzli kampaniyanı hələ də davam etdirirlər»- deyə, E.Süleymanov vurğulayıb.