YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətənə, xalqa həsr edilən ömür”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmələr İnstitutunun baş direktoru Əli Abbasov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etdiyini, onun müstəqil Azərbaycan dövlətinin memarı olduğunu deyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev daim xalqımızın xoşbəxtliyi, Azərbaycanın inkişafı üçün çalışıb. Heydər Əliyev ideyalarının, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Böyük Zəfər qazandığımız, torpaqlarımızın işğaldan azad edildiyi, suverenliyimizin tam bərqərar olunduğu diqqətə çatdırılıb. 

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbir Xalq artisti Ağadadaş Ağayevin ifasında bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv