YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar Liderin reallaşan arzuları” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri  Rövşən Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq, torpaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.

Hacıbədlli ərazi partiya təşkilatının  sədri Feyzulla Feyzullayev, 5 saylı ərazi partiya təşkilatının sədri Fəridə Allahverdiyeva və Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Nuranə Bəylərova Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.