YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Cənub” qaz dəhlizi Azərbaycan ilə İtaliya arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir

“Cənub” qaz dəhlizi Azərbaycan ilə İtaliya arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da Romada İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə keçirdiyi görüşdə deyib.

“Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycan ilə İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir.