YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhram Xəlilov: Dövlət qulluğu ilə bağlı müsabiqələr tam şəffaf və obyektiv keçirilir

«Dövlət qulluğuna qəbulda yeni Azərbaycan modeli yaradılıb». Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib.

B.Xəlilov bildirib ki, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının dövlət qulluğu ilə bağlı keçirdiyi müsabiqələr tam şəffaf və obyektiv keçirilir. Onun sözlərinə görə, əvvəllər bir sıra problemlər olsa da, tədricən aradan qaldırılıb.

«Dövlət qulluğuna qəbulda yeni Azərbaycan modeli yaradılıb. Yeni modeldə bir çox ölkələrin təcrübəsini öyrənmişik. Azərbaycana uyğun olan bir sıra yenilikləri bura daxil etmişik. Dövlət qulluğuna qəbulda vətəndaşların bilikləri, şəxsi keyfiyyətləri, xüsusi bacarıqlarını nəzər almaqla obyektiv və tam şəffaf  qəbul prosesi həyata keçirilir. Müsahibə komissiyalarına isə müstəqil ekspertlər daxil etmişik»- deyə, B.Xəlilov vurğulayıb.