YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürür və şərəf simvolu

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər Paradı Vətən Müharibəsində apardığımız haqlı savaşın təntənəsi və ölkəmizin gücünün, qüdrətinin nümayişi idi.  

Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, Bakıda keçirilən möhtəşəm Zəfər Paradı  zamanı Yerevanda 44 günlük Vətən Müharibəsində məhv edilmiş erməni hərbiçilərinin ailələri etiraz aksiyası keçirirdi. Bu səbəbdən də Zəfər Paradı azərbaycanlılar üçün qürür, şərəf simvolu,  ermənilər üçün isə məğlubiyyət və rəzillik amili kimi yaddaşlarda qaldı.

Yerli və xarici rəsmi qonaqların, diplomatik korpus nümayəndələrinin izlədiyi paradı Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Qardaş ölkə Liderlərinin paradı birgə qəbul etməsi bir daha göstərdi ki, Azərbaycan Türkiyə qardaşlığı əbədidir, sarsılımazdır və bu iki qardaş ölkə hər zaman biri-birinin yanındadır.

Təntənəli hərbi paradda bizlərə qələbəni bəxş edən hərbi qulluqçuların tribuna önündən mətin addımlarla keçməsi hər bir azərbaycanlıya böyük qürur və fəxr hissi yaşatdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vətən Müharibəsində Azərbaycan Ordusunda bir nəfər belə olsun fərari qeydə alınmadı. Hətta yaralanmış əsgər və zabitlərimiz həkimlərdən öz missiyalarını başa vurmaları üçün tezliklə sağalmalarını xahiş və tələb edirdilər. Bax budur Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı. Paradda qürurverici anlardan biri də İkinci Qarabağ Müharibəsində  düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin və “Qarabağ Azərbaycandır” şüarının həkk olunduğu kompozisiyanın nümayiş etdirilməsi oldu. Bu həm də Ermənistan mifinin məhvinin nümayişi idi. Şanlı Azərbaycan Ordusu  44 günlük Vətən Müharibəsində Ermənistanı biabırçı məğlubiyyətə uğratmaqla yanaşı həm də erməni mifini ifşa və məhv etdi. Ermənistan və onun havadarları da daxil olmaqla bütün dünya Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. Dünya dövlətlərinin və beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycan cəmisi 44 gün ərzində edərək, öz torpaqlarını işğaldan azad və beynəlxalq ədaləti bərpa etdi.