YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı “Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatında tədbir keçirib.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 31 il ərzində keçdiyi şərəfli inkişaf yoluna nəzər salınıb. A.Nəbiyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm qələbələrə doğru inamla, qətiyyətlə addımladığını vurğulayıb.

“Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov, ərazi partiya təşkilatının sədr müavini Elvin Əmiraslanov, “Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Cağlayan çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına və qüdrətlənməsinə, o cümlədən ordu quruculuğuna verdiyi böyük töhfələrdən bəhs ediblər.

Sonda partiya veteranı, şair Kazım Kazımlı, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Səadət Pirməmmədova və Fəridə Kazımlı Ümummilli Lider Heydər Əliyevə və Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına həsr olunmuş şeirlər səsləndiriblər.

DİGƏR Xəbərlər Arxiv