YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı tərəfindən ağacəkmə aksiyası təşkil olunub.

“100 ədəd ağac əkək” devizi ilə təşkil olunan ağacəkmə aksiyasında YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları və gənclər iştirak ediblər.

Ağacəkmə aksiyası zamanı şəhərin giriş hissəsində 100 ədəd Eldar şamı və dekorativ ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.