YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboyda din xadimləri ilə görüş keçirib

Goranboy rayonu Qaradağlı kəndində Milli Məclisin deputatı Anar Məmmədov din xadimləri ilə görüş keçirib. Görüşdə YAP Goranboy rayon təşkilatının sədri, rayon ağsaqqalları və ziyalıları, kənd sakinləri və din xadimləri iştirak ediblər.

Görüşdə çıxış edən Anar Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğının göstərildiyini qeyd edən millət vəkili Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını vurğulayıb.

Görüşdə rayonda mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışılıb.