YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Xırdalan şəhəri 41 saylı (BDİHK) ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Xırdalan şəhəri 41 saylı (BDİHK) ərazi partiya təşkilatın sədri Səhər Orucova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ulu Öndər bugünkü müstəqil Azərbaycanın memarıdır.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fəal gənc Pərvanə Məmmədzadə çıxışında söyləyib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib və bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib.

Sonra Bakı Dövlət Universiteti (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin birinci kurs tələbəsi Xatun Təsəlliyeva Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeir səsləndirib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv