YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Dövlət Neft və Sənayesi Universitetinin fəal gəncləri ilə görüş keçirib.

Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının sədri Salman Salmanov da iştirak ediblər.

Səmimi söhbət şəraitində keçən görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın fəaliyyətində gənclərin rolundan danışıb. O bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Qeyd olunub ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdiyi vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Gənclər ölkəmizdə onlara yaradılmış geniş imkanlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv