YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərdə yeni mərhələ

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkşafına böyük töhfə verəcək. Səfər çərçivəsində  ölkə başçılarının təkbətək və nümayəndə heyətləri ilə keçirilən görüşlərində bir sıra məsələlərin müzakirə edilməsi ölkələrarası əməkdaşlıqda yeni imkanlar açacaq. Azərbaycanla İraq arasındakı münasibətlər qədim köklərə malikdir və iki ölkəni mədəni və dini dəyərlər birləşdirir. Eyni zamanda Azərbaycanla İraq beynəlxalq platformalarda da bir-birini hər zaman dəstəkləyir.

Səfər çərçivəsində ölkə Liderləri mətbuata bəyanatlarla çıxış etdilər. Çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrin mövcud vəziyyətindən, inkşaf perspektivlərindən danışdı. Daha sonra Prezidenti İlham Əliyev Ermənistanın işğal siyasətinin tarixindən  danışdı. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edərək torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə verilmiş qanuni imkandan istifadə edərək öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə tarixi reallıqlarla və beynəlxalq hüquqa əsaslanan faktlarla Ermənistanı ifşa etdi. Əlbətdə Azərbaycan həm işğal dönəmində həm də postmüharibə dövründə Ermənistanla maksimum dərəcədə humanisliklə davranmış və sülh tərəfdarı olmuşdur. Lakin Ermənistan tərəfi tarixi şansları dəyərləndirmədiyi və öz təxribatlarını davam etdirdiyi təqdirdə Azərbaycan haqlı olaraq beynəlxalq hüquqdan istifadə edərək öz torpaqlarını işğaldan azad etdi. Daha sonra dövlətimizin başçısı antiterror əməliyyatları haqqında məlumat verərək qeyd etdi: Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır. Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə, hər yerdə dalğalanır. Vətən Müharibəsində öz qüdrəti və humanistliyi ilə tarix yazan Qalib Azərbaycan Ordusu, həm də dünya ölkələrinə nümunə olacaq antiterror əməliyyatları həyata keçirdi.

Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını vurğulayan Prezident İlham Əliyev Ermənistanın Fransa hökumətinin marionetinə çevrildiyini diqqətə çatdırdı. Əlbətdə hazırki dövrdə Ermənistanın böhranlar içərisində və dalana dirənmiş vəziyyətdə olmasının əsas səbəbi məhz rəsmi İrəvanın qeyri-müstəqil siyasət yürütməsi və havadarlarının göstərişlərini icra etməsidir.

Cənab Prezidentimiz bir daha Ermənistanı sülhə dəvət etdi. Yaxşı olardı ki, Ermənistan tərəfi qeyri-müstəqil siyasətindən əl çəksin, müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyalarına yox desin və nəyi necə və nə zaman etməyi yaxşı bilən Azərbaycan Prezidentinin çağrışlarından nəticə çıxarsın.