YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımız təbiidir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Noyabrın 20- də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsiondə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi   bəyanatla çıxış ediblər.  Dövlət başçıları qeyd ediblər ki, ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir.

Prezident İlham Əliyevin çıxışında vurğulayıb ki, bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.

Tarixən  xalqlarımız  arasında mövcud olan münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişaf edib. Azərbaycan Respublikası və İraq Respublikası  arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq, ikitərəfli münasibətlərin genişlənməsinə müsbət töhfə verib. Azərbaycan ilə İraq arasında diplomatik münasibətlər 1992-ci ilin martın 30 da  qurulub.  İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirib. Artıq uzun müddətdir ki, İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman həmrəylik nümayiş etdirir, hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirlər. Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. İraq da, Azərbaycan da neft ölkələri olduqlarından OPEK çərçivəsində əməkdaşlıqları təbiidir. Neft ölkələrinin ümumi mənafeləri müttəfiqliyi zəruri edir.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri Azərbaycan–İraq əlaqələrinin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Azərbaycan yaxın-uzaq ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkə olduğundan İraqla da çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaq. Qeyd edək ki, bu tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.