YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 31-ci ildönümü ilə əlaqədar sərgi təşkil olunub

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı Abşeron rayon Heydər Əliyev Mərkəzində partiyanın yaradılmasının 31-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

Əvvəlcə Ulu Öndərin büstü ziyarət olunub, büstün önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və digərləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. O qeyd edib ki, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu var.

Daha sonra rəsm və əl işlərindən 5 ən yaxşı əsərin müəllifi təltif edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv