YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Tarix yazan əbədiyaşar Lider"

Göygöl rayonunda YAP-ın təsis olunmasının 31-ci ildönümü qeyd olunub

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Tarix yazan əbədiyaşar Lider" mövzusunda konfrans keçirilib

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxışında öz həyatını xalqın xoşbəxtliyi üçün qurban verməyə hazır olan, bütün mənalı ömrünü xalqın inkişafına həsr etmiş, bu günümüzə çatmağımız üçün sönməz mayak olan, müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin yaratdığı, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edib.

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi qoruyaraq, ölkəni inkişaf yoluna çıxardığını, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin isə Azərbaycanı inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdığını diqqətə çatdıran Vüqar İsayev, qədirbilən xalqımızın Ulu Öndər Heydər Əliyevin  əziz xatirəsini uca tutaraq, daim hörmət və ehtiramla anacaqını, Prezident İlham Əliyevin ətrafında monolit birləşməklə xalqın xoşbəxtliyi naminə görəcəyi bütün işlərdə daim onunla birgə olacağını əminliklə bildirmişdir.

Sonra Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Yeni Azərbaycan Partiyasını yaradaraq, dövləti və xalqı düşünən insanları öz ətrafında birləşdirməklə bu günkü xoşbəxt həyatımıza zəmin yaratmasından, layiqli varisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən mhtəşəm Zəfərin əhəmiyyətindən danışıb, görülən bütün işlərdə Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu vurğulayıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv