YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə YAP-ın təsis olunmasının 31-ci ildönümü münasibəti ilə şahmat turniri keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı YAP-ın təsis olunmasının 31-ci ildönümü münasibəti ilə şahmat turniri keçirib.

Şəki Uşaq Gənclər İdman Şahmat məktəbində keçirilən turnirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov partiya üzvlərini YAP-ın təsis olunmasının 31-ci ildönümü münasibətilə təbrik edərək, ötən illər ərzində partiyanın qazandığı nailiyyətlərdən bəhs edib. Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan Daşqın Mikayılov vurğulayıb ki, Ulu Öndərin siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevölkəni tərəqqiyə, möhtəşəm Zəfərə çatdırıb.

Daha sonra 32 partiya üzvüvün qatılrdığı turnirə start verilib. Baş hakimliyini Sadiq Mehtiyevin etdiyi turnirdə qalib şəxslər YAP Şəki rayon təşkilatının fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv