YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Hazırda ÜDM-in strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 66 faizdir

«Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdir. Ölkəmiz həmçinin, dünyada etibarlı tərəfdaş kimi tanınır». Bu fikirləri iqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, xarici ticarət dövriyyəsi 4,3 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb.

«Ölkədə yoxsulluğun səviyyəsi 8 dəfə azalaraq 5%-ə, işsizliyin səviyyəsi 4,9%-ə enib. 1995-2014-cü illərdə ölkə iqtisadiyyatına 200 mlrd. ABŞ dolları investisiya qoyulub ki, bunun da 52%-ni daxili investisiyalar təşkil edir. İqtisadiyyatın artımı 2015-ci ildə də davam edir. Belə ki, bu ilin yanvar-may aylarında 5,3%-lik iqtisadi artıma nail olunub, qeyri-neft sənayesində artım 12% təşkil edib. Hazırda ÜDM-in strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 66%-dir»- deyə, nazir vurğulayıb.