YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yerli təşkilatları ağacəkmə və iməcilik aksiyası keçiriblər

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 31 illiyi ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatları ağacəkmə və iməcilik aksiyası keçiriblər.

Aksiya çərçivəsində partiyanın Abşeron, Xızı, Naftalan, Ağdaş, Ağdam, Ağstafa, Biləsuvar, Lənkəran, Lerik, Şəmkir, İmişli, Beyləqan, Zəngilan, Daşkəsən, Xocavənd, Göyçay, Mingəçevir, Ağcabədi, Kürdəmir, Quba, Kəlbəcər, Astara rayon və şəhər təşkilatları tərəfindən müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. 

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.