YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəşəri və tərəqqipərvər siyasi təşkilat

Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri

Ötən əsrin 90-cı ilərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının tarixi hadisə olduğu özünü qısa müddətdə göstərdi. Ona görə ki, onu yaradan və rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qısa müddətdə xalqın xilaskarına çevrildi. Yenicə müstəqillik qazanmış Azərbaycan dövlətini iflasdan qurtaran dahi insan Heydər Əliyev rəhbəri olduğu YAP-la birgə milli və bəşəri ideologiyaya söykənən möhtəşəm siyasəti ilə güclü dövlət qurdu.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın Sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi.

Həm Azərbaycan dövlətinə, həm də YAP-a ləyaqətlə rəhbərlik edən Ulu Öndər bu parqiyanın da nüfuzunu dünyalar yüksəldə bilmişdi. Bu partiya 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Ulu öndər Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə cənab İlham Əliyev xalqın böyük dəstəyi ilə Azərbaycan Prezidenti seçiliblər. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.

Bəli, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü tamam olur. Bu tarix 800 minə yaxın üzvü öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.

Qeyd edək ki, 1992-ci ilin ağır günlərində YAP-ın cəmiyyətin sosial sifarişi olaraq yaranması və siyasi meydana çıxması mövcud ictimai-siyasi şəraitdən irəli gəlirdi. Partiyanın təsis konfransı Azərbaycanın bütün regionlarından gələn nümayəndələrin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi. O zaman YAP-ın yaranması Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrildi. Bütün ölkə Heydər Əliyevin rəhbərlik etdiyi yeni partiyadan danışırdı. Vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi. Yaradılan əngəllər, təzyiqlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi, qurtuluş və tərəqqinin simvoluna çevrildi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn YAP Sədri Heydər Əliyevin həmin il oktyabrın 3-də ölkə Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının arzusunun reallaşması idi. Çünki xalq gözəl bilirdi ki, məhz təcrübəli dövlət xadimi Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edə, o cümlədən cəbhədəki uğursuzluqların qarşısını ala bilər. Xalq öz müdrik oğlu Heydər Əliyevə inanır və onu dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi. Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkədə hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı.

Qətiyyətli rəhbərə, mükəmməl proqrama, tərəqqipərvər missiyaya malik olan bu siyasi təşkilat qısa müddətdə yüz minlərlə üzvü birləşdirən ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyətinə, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.

2005-ci ilin mart ayında YAP-ın III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq cənab İlham Əliyevi partiyanın Sədri seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə Ulu Öndərimizin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi.  Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək Yeni Azərbaycan quruculuğunda fəal iştirak etsinlər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu. Bu gün YAP-da Ulu Öndərin missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Məhz Ali Baş Komandan İlham Əliyevin Azərbaycan qətiyyətli bir dövlət başçısı kimi xidmət etməsi, eyni zamanda, partiyanın Sədri kimi də bu siyasi təşkilatının nüfuzunu daim yüksəldir.

Qürurverici faktdır ki, Xalq-iqtidar birliyi mükkəmməldir və bütün qələbələrimizin təməl daşıdır. Məhz cənab İlham Əliyevin eyni zamanda YAP- rəhbərliyi onun sıralarını getdikcə daha da artırırr. Bu, dövlətimizin başçısına, YAP-a Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan qaynaqlanır. Cənab İlham Əliyevə güvən həm də Ulu Öndərin ideyalarına və tarixi missiyasına güvən deməkdir.

DİGƏR Xəbərlər Arxiv