YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq partiyası

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyinə biganə qalmayan insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində ölkədə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Artıq xalqın istəyi müdrik siyasətçiyə çox şey deyirdi. Yeni siyasi təsisatın yaranma zərurəti həyati gerçəklik idi. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir.  Görkəmli şəxslər,ziyalılar tarixi qərarn verilməsinin vacibliyini gözəl bilirdilər. Beləliklə tarixi qərar verildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar versi, partiyanın Nizamnaməsini və Proqramını qəbul edildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiya yarandıgı andan cəmiyyətin aparıcı qüvvəsinə çevrilmək imkanları qazandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Bununlada ölkədə baş verə biləcək dağıdıcı proseslərin qarşısı alındı.

Xalqın istək və arzusu hər zaman Heydər Əliyev üçün ən vacib amil olmuşdur. Qısa zamanda təşkilat ümumxalq partiyasına çevrildi, sıralarını genişləndirdi. YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. İdeya daşıyıcılarının və partiyanın əsas məramı və qayəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik idi. Artıq bu ənənəyə çevrildi, partiya dəyərləri qədər mühüm əhəmiyyət kəsb edən məsələ kimi dəyərləndirildi.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. İlham Əliyevin sədr seçilməsi Partiyanın həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. Partiyanın qarşısında duran taleyüklü vəzifələr - partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmişdir. Ötən dövrdə Partiyanın sıraları saglam əqidəli, vətənini, dövlətini sevən insanların birliyi ilə genişlənmişdir. Heydər Əliyev ideyalarına, Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir.

YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. Zaman-zaman dünyada və regionda gedən proseslər Partiyanın qayəsinə və inkişaf tempinə təsirsiz ötüşmədi. Ölkədə gedən surətli inkişaf dəyərlərini səciyyələndirən islahatlar partiyanın yeni strategiyasında öz əksini tapdı. Artıq YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf etmiş təşkilata çevrilib. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” – Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxışı zamanı vurğuladığı bu fikirlərlə siyasi gündəmə tutarlı mesaj verdi. YAP-ın yeni inkişaf mərhələsində yeni-yeni uğurlara imza ata biləcək layihələrin müəllifinə çevrildi.

Hazırda YAP-ın 720 830 üzvü var. Partiyamızın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələr müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Artıq partiyamızın beynəlxalq əlaqələri də geniş miqyasda inkişaf etdirilir. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. ​ Siyasi dialoq ideoloji fəaliyyətin önəmli istiqamətidir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Partyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə pariyamız ümummilli dəyərlərə hər zaman xüsusi önəm verir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.​ Bütün müasir tendensiyaları və regionda yaranmış “yeni reallığı” nəzərə alan yeni Proqram işlənib hazırlandı. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Bu gün Partiyamızın əsas hədəfləri müəyyənləşib, əsas qayəsi isə Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya funksiyasını daim özündə ehtiva etməsidir. Yaşasın Böyük İnamla, Güclü Liderlə gələcəyə irəliləyən Yeni Azərbaycan Partiyası.