YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası keçirilib

İyulun 8-də Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası keçirilib. Tədbirdə GUAM üzvü olan ölkələrin - Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın nümayəndə heyətləri iştirak edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, gömrük xidməti istənilən dövlətin iqtisadi müstəqilliyinin əsasını təşkil edir. Gömrük xidmətləri arasında əməkdaşlıqdan danışan Aydın Əliyev bildirib ki, bu əlaqələrin inkişafı üçün qarşılıqlı əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir.

İclasa sədrlik edən Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili görüşü faydalı diskussiya adlandırıb, bildirib ki, aparılacaq müzakirələr GUAM çərçivəsində əməkdaşlığın inkişafına ciddi təkan olacaq.

İclasda nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib.

Müzakirələrdən sonra GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında bu ölkələrin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol imzalanıb.

Tədbirin sonunda GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclasının Protokolu imzalanıb.