Xəbərlər
Türkiyənin Baş naziri növbədənkənar parlament seçkiləri keçirilməsini istisna etmir
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/f352140580fdcd953bc68e3129bad62e.jpg&w=360)
Türkiyənin Baş naziri Əhmət Davudoğlu növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etmir.
Trend-in "Milliyyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Əhmət Davudoğlu bildirib.
Ə.Davudoğlunun sözlərinə görə, o parlamentdə təmsil olunan bütün siyasi partiyalarla danışıqlara başlayacaq: "Amma koalisiya hökumətinin qurulması ilə bağlı razılıq əldə olunmasa, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Seçkidə 20 siyasi partiya iştirak edib. Səsvermə prosesində isə 53 milyon seçici iştirak edib.