Xəbərlər
Ermənistan silahlı qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib

Ermənistan silahlı qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd “DJI Inspire1” (Quadcopter) tipli pilotsuz uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəşlə məhv edilib.