YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda fransızlarla birgə arxeoloji ekspedisiya aparılır

Azərbaycan – Fransa beynəlxalq arxeoloji ekspedisiyası Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparır.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, əsasən Tovuz rayonundakı eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən Azərbaycan və Fransa arxeoloqlarının birgə ekspedisiyası səkkiz il ərzində fəaliyyət göstərib. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri doktor, professor Bertille Lyonnet və antropologiya, geo və mikromorfologiya, restavrasiya, trassologiya ixtisasları üzrə daha 12 fransalı mütəxəssislərdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü tədqiqatların son mərhələsi olacaq.

Gələn il isə səkkiz il ərzində aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunmuş elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub. Bununla da, Azərbaycan və Fransa arxeoloqlarının müştərək araşdırmaları Tovuz bölgəsində yekunlaşacaq.

Tovuz arxeoloji ekspedisiyası növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokio Universitetinin arxeoloqları ilə birgə davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv