YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Fransa Respublikasının xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub.

Nazirlikdən  verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycanda neft sənayesinin tarixindən danışıb. 1847-ci ildən başlanan neft hasilatı, 1901-ci ildə dünyada hasil olunan neftin 50 faizinin Azərbaycanın payına düşməsi, ikinci dünya müharibəsi zamanı 20 milyon ton neft hasil edən Bakının faşizmə qarşı mübarizədəki rolu barədə maraqlı faktları xatırladıb.

Nazir müavini bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizdə neft hasilatının yüksək artımına təkan verib. Hazırda ölkədə bu rəqəm ildə təxminən 40 milyon ton civarındadır. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkə kimi indi Azərbaycanın əsas hədəfi enerji resurslarını Avropaya çıxarmaqdan ibarətdir. G.Cavadov “Şahdəniz-2” yatağının qaz ehtiyatının TANAP və TAP vasitəsilə geniş həcmdə ixracına imkan verəcəyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycan iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində həyata keçirilən işlərdən və alternativ enerji sahəsində qəbul edilən proqramlar və reallaşdırılan layihələrdən də bəhs edib. Bildirib ki, bu istiqamətdə Fransanın təcrübəsindən bəhrələnməyə ehtiyac var.

Fransa nümayəndə heyətinin rəhbəri Matias Fekl Azərbaycanla enerji əməkdaşlığının neft hasilatı, geoloji kəşfiyyat, neft-kimya, qaz sənayesi kimi sahələri əhatə etdiyini deyib. Xatırladıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin 85 faizi məhz enerji sektorunun payına düşür. “Abşeron” yatağında “Total”ın fəaliyyətinə toxunan Matias Fekl qaz layihələrinə Fransanın maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.

Görüşdə iştirak edən ENGİE, Eiffage şirkətlərinin təmsilçiləri də alternativ enerji istehsalı istiqamətində əməkdaşlıq təkliflərini irəli sürüblər.

 

DİGƏR Xəbərlər Arxiv